...

Ehtiyatda olan hərbçilərin toplanışlara çağırılması qaydası dəyişir

Gündəm Materials 23 Fevral 2024 12:39 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.

Qanun layihəsinə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması zamanı müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti