...

Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi xəbərləri yalandır - RƏSMİ

Gündəm Materials 25 Mart 2024 00:23 (UTC +04:00)
Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi xəbərləri yalandır - RƏSMİ
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Erməni “Telegram” kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi"nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri daşıyır.

"Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir", - deyə nazirlik bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra Ermənistan KİV-ləri və "Telegram" kanalları 2022-2023-cü illərdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Ukraynaya bir neçə partiyada 25 minə yaxın 82 mm çaplı minaatan mərmisinin gətirildiyi barədə məlumat yayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti