...

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib - Baş Prokurorluq

Gündəm Materials 27 Mart 2024 16:35 (UTC +04:00)
Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları öz ölkələrinə təhvil verilib -  Baş Prokurorluq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Respublikasının vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib və onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti