...

Hazırda təqdim olunan proqram Azərbaycanda sıfırdan hazırlanıb - Elnur Musayev

Gündəm Materials 2 Aprel 2024 14:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu cür layihənin həyata keçirilməsi dövlətin göstərdiyi dəstək nəticəsində mümkün olub.

Trend xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransdan sonra jurnalistlərə açıqlamasında deyib.

İdarə rəisi bildirib ki, prokurorluq orqanları bu cür layihələrin hazırlanması zamanı beynəlxalq təcrübələri öyrənib.

“Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti olduğuna görə layihənin hazırlanması zamanı dünya prokurorluqları ilə əlaqə saxladıq, onların da təcrübəsi ilə maraqlandıq. Hazırda təqdim olunan proqram Azərbaycanda sıfırdan yazılıb. Şadıq ki, artıq layihə böyük rəğbətlə qarşılandı

Ümid edirik ki, Baş Prokurorluqda sınaqdan keçirilmiş proqram digər istintaq orqanları da bu proqramdan istifadə edəcəklər. hələki təkmilləşmə işləri görülür. O da vurğulanmalıdır ki, bu proqram Azərbaycan məshuludur və proqramın gələciyini də uğurlu olacağını düşünürük”.

Qeyd edək ki, “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında sənəd imzalanıb.

20-dən çox dövlət rəsmisinin iştirak etdiyi konfransda rəqəmsallaşmanın dövlət sturukturlarındakı əhəmiyyətindən danışılıb və görülən işlər barəsində məlumat verilib.

Xəbər lenti

Xəbər lenti