...

200-dən çox şəxsə zərər vuran qadın insanları xaricdə iş adı ilə aldadırmış - TƏFƏRRÜAT (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 15 May 2024 14:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, vətəndaşları xaricdə iş adıyla aldadaraq onlardan ödəniş alan şəxs həbs olunub.

Trend xəbər verir ki, "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova ümumilikdə 202 nəfərə xaricdə iş və viza vədləri verərək ümumilikdə 498 min 175 manat zərər vurub.

Məsələ ilə bağlı hazırda istintaq tədbirləri görülür.

Apardığımız araşdırma zamanı məlum olub ki, "Avion Travel" MMC adı ilə müxtəlif sosial şəbəkələrdə hesbalar açılaraq elanlar paylaşılıb. Elanlarda ALmaniya, Hollandiya, Slovakiya və digər ölkələrdə vakansiyaların olduğu qeyd olunub.

Bu iş elanları ilə vətəndaşların diqqətini çəkən şirkət həmin işlə təmin olunmaq üçün müxtəlif məbləğlərdə vəsaitlər alıb.

Sözügedən şirkətin əməllərindən zərərçəkmiş şəxslərdən biri Trend-ə açıqlamasında bildirib ki, Almaniyada işə düzəlmək üçün "Avion Travel" MMC-yə iki min manat ödəniş edib. Mayın 7-dən etibarən isə şirkətdən heç kimlə əlaqə saxlaya bilməyib.

Şirkətin əməllərindən zərərçəkən şəxslərin artacağı istisna olunmur. Məsələ ilə bağlı zərərçəkmiş şəxslər polisə müraciət edə bilərlər.

XXX
14.28

Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Naizrliyi tərəfindən məlumat verilib.

"Polis tərəfindən istintaq olunur. Həbs edilib. Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib.

Onun əməllərindən zərərçəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilər", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti