...

Nərimanovda silahlı şəxsi tutan polis əməkdaşı olub - DİN

Gündəm Materials 27 İyun 2024 09:22 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətindən mətbuatın Trend-ə bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, ötən il Bakıda gənc oğlan güllələnərək qətlə yetirilib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu odlu silahdan atəş açaraq 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunu qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti