...

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb (FOTO)

Gündəm Materials 20 İyul 2024 21:12 (UTC +04:00)
"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində iştirak edən şəxsi heyəti, hərbi gəmiləri və aviasiya vasitələri Bakıya qayıdıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində ölkəmizi Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib.

Xəbər lenti

Xəbər lenti