...

Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar - Bayden

Gündəm Materials 4 Oktyabr 2024 07:50 (UTC +04:00)
Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar - Bayden
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq olar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib.

"Genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Düşünürəm ki, bundun qarşısını ala bilərik. Ancaq bunun baş verməsi üçün daha çox işlər görülməlidir", - deyə C.Bayden bildirib.

Amerika lideri ABŞ-nin İsrailə kömək üçün qoşun göndərilməsi ilə bağlı suala aydın cavab verməyib. "Biz artıq İsrailə kömək etmişik. Biz İsraili qoruyacağıq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti