...

Hadrutun işğaldan azad edilməsi Şuşaya gedən yolun başlanğıcı oldu - RƏY

Gündəm Materials 9 Oktyabr 2024 13:37 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Düşmən Azərbaycan Ordusunun Hadrut istiqamətinə hücumunu gözləmirdi.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Bahadur Kamil deyib.

O bildirib ki, Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyatlardan idi.

"Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Çünki düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını düşünmürdü. Onlar hücumu Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi. Hadrutun işğaldan azad edilməsi Şuşaya gedən yolun başlanğıcı oldu. Tarixi qələbəmizdir. Hadrut azad edildikdən sonra da ermənilər bu gerçəyə inana bilmirdilər. Hətta Azərbaycan Ordusu Hadrutda ikən ermənilər köhnə fotolardan istifadə edərək orada olduqlarını paylaşırdılar. Bununla da onların Hadrutu itirməyi həzm edə bilmədikləri aydın görünürdü", - o əlavə edib.

Hərbi ekspert Azər Bayramov bildirib ki, Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində dönüş yaradan döyüşlərdən biri idi.

"Azərbaycan Ordusunun düşmənin gözləmədiyi anda hücum etməsi döyüşçülərimizə üstünlük qazandırdı.

"Strateji yüksəkliklərin nəzarətə götürülməsi və düşmənin motoatıcı diviziyasının qərargahının darmadağın edilməsi hansı ki, bu diviziya düşmənin cənub istiqamətində müdafiəsinin təmin edilməsinə cavabdeh idi. Hadrutun nəzarətimizə keçməsi növbəti əməliyyatlarda üstünlük qazandırdı. Düşmənə gələn təchizat və təminat yollarının ordumuzun nəzarətinə keçməsi əsas üstünlük idi. Füzuli rayonunun işğaldan azad edilməsində Hadrutun da rolu böyük oldu. Bütün bu proseslər düşmənin döyüş əzminin tamamilə darmadağın edilməsinə və geri çəkilməsinə səbəb oldu. Hadrut azad edildikdən sonra ordumuzun daha sürətli irəliləməsinin şahidi olduq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti