...

Azərbaycan Ordusu qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq icra etdi - Komando mənsubu

Gündəm Materials 9 Oktyabr 2024 14:14 (UTC +04:00)
Azərbaycan Ordusu qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq icra etdi - Komando mənsubu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün şəxsi heyəti qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq icra etdi.

Bunu Trend-ə açıqlamasında Komando mənsubu deyib.

"Ordumuz 44 gün zaman müddətinə heç kimin bacara bilməyəcəyi tapşırıqları bacararaq Azərbaycan xalqına, dövlətinə və soydaşlarımıza qələbəni qazandırdı. Burda bütün ordu bölmələrinin xüsusi tapşırıqları oldu, onların tapşırıqları nəticəsində biz bu gün 30 il həsrətində olduğumuz Qarabağda - öz dədə-baba torpaqlarımızda gəzirik, yaşayırıq. Biz bununla dayanmadıq öz təlimlərimizi, məşqlərimizi davam etdirdik və bundan daha yaxşı nailiyyətlərin icrası üçün hər gün öz üzərimizdə işləməyə başladıq. Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı olan silahdaşlarımıza isə şəfa diləyirik", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Hadrutun işğalçılardan azad olunmasının 4 ili tamam olur. Hadrutun azad edilməsinə 44 günlük Vətən müharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Bu əməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğru getdiklərini tam olaraq anladılar.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı, Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı. Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ də ordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunu bağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündə ordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusunun isə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğu idi.

Xəbər lenti

Xəbər lenti