Bakı. Trend:
Səbail rayonu ərazisində yerləşən mağazalarınbirindən 585 manat
oğurlanması barədə Səbail RPİ 39-cu Polis Bölməsinə məlumat daxil
olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə
məhkum olunmuş 42 yaşlı E.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Daha bir neçə oğurluq hadisəsi isə Nəsimi və Suraxanı rayonları
ərazisində qeydə alınıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qızıl-zinət əşyaları, dəyəri 400 manat olan qol saatı və mağazalardan 600 manatlıq müxtəlif məhsullar oğurlamaqda şübhəli bilinən 31 yaşlı Q.Qəhramanlı, 23 yaşlı Ə.Süleymanlı və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədli müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırmalar aparılır.