...

Sürücülərin NƏZƏRİNƏ: Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Gündəm Materials 12 Fevral 2025 13:20 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

"Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti