...

Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır - Kobaxidze

Gündəm Materials 12 Fevral 2025 19:24 (UTC +04:00)
Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır - Kobaxidze
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Azərbaycanla Tbilisi-Bakı qatarının fəaliyyətinin bərpası ilə bağlı danışıqlar aparır.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobazidze Dubaya səfəri zamanı jurnalistlərə deyib.

Onun sözlərimə görə, bu, çox vacibdir və hər iki ölkəyə sərf edir.

İ.Kobaxidze bu istiqamətdə qatarların hərəkətinin bərpa ediləcəyi mümkün tarixi açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl qatarın hərəkətinin bərpası ilə bağlı Trend Gürcüstanın Nəqliyyat Nazirliyinə sorğu ünvanlasa da, bu barədə qurumdan məlumat ala bilməyib. Trend-in Azərbaycan Nazirlər Kabinetinə ünvanladığı sorğu da cavabsız qalıb.

Əlavə edək ki, hazırda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi davam edir. Bu rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti