...

Bakı Dövlət Universitetinin partladılacağı ilə bağlı anonim zənq edən şəxs saxlanılıb

Hadisə Materials 22 Sentyabr 2007 21:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Sentyabrın 22-də saat 8.00 radələrində naməlum şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinə zəng vuraraq Bakı Dövlət Universiteti (BDU) binasının partladılacağını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlumatın yoxlanılması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülüb və universitetin binasında və tədris korpuslarında lazımi yoxlamalar aparılıb. Lakin burada hər hansı partladıcı qurğu aşkar edilməyib.

Eyni zamanda müəyyən edilib ki , anonim zəngin müəllifi həmin universitetin kitabxanasında kitabxanaçı işləyən Kəmalə Sultanovadır. Artıq həmin şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarının apardığı tədbirlər nəticəsində həmçinin sentyabrın 16-da saat 12.00 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə zəng edib Qəbələ Radiolokasiya Stansiyasının partladılacağı barədə yalan məlumat verən şəxs - Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsinin sakini Valeri Şubin müəyyən edilərək saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır

Xəbər lenti

Xəbər lenti