...

Ələt-Astara yolunda qəza nəticəsində ölən və yaralananların adı açıqlanıb (yenilənib)

Hadisə Materials 27 Sentyabr 2007 13:39 (UTC +04:00)
Ələt-Astara yolunda qəza nəticəsində ölən və yaralananların adı açıqlanıb (yenilənib)

Trend-i buradan izləyin

Azərbaycan, Lənkəran / Trend müxbir P. Əliyeva/ Ələt-Astara yolunun 207 kilometrliyində, Lənkəran rayonunun Qərməçük qəsəbəsi ərazisində Qazel markalı 10-DZ-681 dövlət nömrə nişanlı avtomobilə 44-BG-640 dövlət nömrə nişanlı KAMAZ avtomobili toqquşub. Nəticədə üç nəfər ölub, 13 nəfər yaralanıb. Üç xəstə ağır vəziyyədə reanimasiya şöbəsindədir. Qalan yaralıların vəziyyəti orta ağırdır. Ölənlərin sayının artma ehtimalı var.

KAMAZ markalı avtomobilin sürücüsü Masallı rayon Kosagül kənd sakini 1962-ci il təvəllüdlü Cəfərov Zahid Mahmud oğlu, Qazel markalı avtomobilin sürücüsü isə Lənkəran Şiləvar kənd sakini 1956-cı il təvəllüdlü Niftiyev Şahab Nifti oğludur. Ölənlərdən biri - 1957-ci il təvəllüdlu Bakı şəhəri Binəqədi rayon sakini Əliyev Eldar Mirzə oğlu, digəri isə 1976-cı il təvəllüdlü Astara rayonu Səngərud kənd sakini Məlikov Elxan Dadaş oğludur.

Yaralıların siyahısı:

Əsgərov Təhmasib Bəşarət oğlu - 1965-ci il, Astara, Vaqu kəndi

Fərəcov Nizami Nurəddin oğlu - 1961-ci il, Bakı şəhəri

Əliyev Mirzağa Gülağa oğlu - 1962-ci il, Astara, Pençər kəndi

Səfərov Zamin Mahmud oğlu - 1962-ci il, Masallı, Kosagül kəndi

Seyfullayev Azad Naib oğlu - 1964-cü il, Astara, Şiəkəran kəndi

Əliyeva Şahzadə Əhəd qızı - 1944-cü il, Astara şəhəri

Məmmədov Eldar Məhəmməd oğlu - 1951-ci il, Lənkəran şəhəri

Ağayev Heydər Teyyub oğlu - 1976-cı il, Lənkəran şəhəri

Mirzəyeva Sürəyya Seyfulla qızı - 1959-cu il, Astara, Kijabə kəndi

Rzayev Yalçın Rzabala oğlu - 1972-ci il, Lənkəran, Şiləvar kəndi

Həmdəmov Valeh - 1964-cü il, Astara, Kijaba kəndi

Xəbər lenti

Xəbər lenti