Azərbaycan, Lənkəran. 30 may/ Trend , müxbir P.Əliyeva/ Dünən axşam saat 11 radələrindən başlayaraq cənub bölgələrdə əsən güclü küləklər enerji təsərrüfatına, kənd təsərrüfatının əkin sahələrinə ciddi ziyan vurub.
Masallı rayon Fövqalada Hallar komisiyasının sədri Nazir Abıyevin verdiyi məlumata görə, rayonda beşərtəbəli yaşayış binanın dam örtüyünü külək uçürub, bir neçə evin damlarının müəyyən hissələri zədələnib. Küllü miqdarda dirəklərin və nəqillərin qırılması haqqında da məlumat verilir. Gecə saatlarında rayon tamamilə işıqsız qalıb. Səhər Masallı şəhərinin enerjitəshizatı qismən bərpa olunub, təmir işləri davam edir.
Təbiyyət eyni fəsadları Lənkəra və Lərik rayonlarında da törədib. Lənkəranın 30 faizi indiyə kimi işıqsız qalıb.
Yardılmı paylayıcı şəbəkənin rəisi İlqar Quliyevin məlumatına görə, 35-kilovoltluq Masallı-Yardımlı xətti açılıb, 50-ə qədər dirək aşıb, bu da rayonun əksər hissəninin enerji təshizatında problem yaradıb.