...

Türkiyənin iki bölgəsində meşə yanğınları davam edir

Hadisə Materials 4 Avqust 2008 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin iki bölgəsində - Antalyanın Manaqvat rayonunda və Çanakkale vilayətinin Ayvacık rayonunda meşə yanğınları davam edir. Bu barədə Türkiyənin "Cihan" Xəbər Agentliyi məlumat yayıb.

Manaqvatda meşə yanğını dörd gün əvvəl başlayıb və güclü külək əsməsi səbəbindən tam söndürülməsi hələ də mümkün olmayıb. Ayvacıkda isə meşə yanğını dünəndən başlayıb, artıq 35 hektar əraziyə ziyan dəyib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti