...

Azərbaycanın paytaxtında Yuyucu toz fabrikində baş vermiş yanğının səbəbləri müəyyənləşib

Hadisə Materials 6 Avqust 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir S.Kazımlı/ Bu gün saat 11:00 radələrində Azərbaycanın paytaxtındakı Yuyucu toz fabrikində baş vermiş yanğının səbəbləri müəyyənləşib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən çərşənbə günü Trend -a verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Elşən Mehdiyev küçəsi 25 ünvanında yerləşən Yuyucu toz fabrikində baş vermiş yanğına səbəb fabrikin həyətindəki zibilliyin yanması olub. Belə ki, zibillikdə baş verən yanğın fabrikə keçib. Nəticədə fabrikin 25 kvadratmetr ərazisi yanıb.

Hadisə yerinə gələn Sabunçu rayon Yangından Mühafizə Hissəsinin yanğınsöndürənləri yangını söndürə biliblər. Polis bölməsindən bildiriblər ki, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti