...

Azərbaycan paytaxtında məcburi köçkün dənizdə boğulub

Hadisə Materials 27 Avqust 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında məcburi köçkün dənizdə boğularaq ölüb.

Binəqədi rayon Prokurorluğundan çərşənbə günü Trend -a verilən məlumata görə, avqustun 26-da saat 18:00 radələrində Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən yataqxanada yaşayan, Füzuli rayonundan olan məcburi köçkün, 24 yaşlı Səbuhi Məzahir oğlu Həsənov Binəqədi rayonunun Goradil qəsəbəsində yerləşən çimərlikdəki dənizdə boğulub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti