...

Bakı sakininin avtomobili qarət edilib

Hadisə Materials 22 Sentyabr 2008 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 22, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Binəqədi rayonunun ərazisində 43 yaşlı qadının avtomobilindən pul, sənd və qızıl əşyaları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend -a verilən məlumata görə, sentyabrın 20 - dən 21-nə keçən gecə Svetlana Məmmədova küçəsindəki avtomobil dayanacağında Bakı sakini Mətanət Rəhimovaya məxsus "Mitsubişi Pajero" markalı avtomobilin süşəsi sındırılaraq, içərisindən 1300 ABŞ dolları, 200 manat, qızıl-zinət əşyaları və sənədlər oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Binəqədi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.2.4-cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti