Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın cənub bölgəsində qatar qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend - a verilən məlumata görə, bazar günü Masallının Alışanlı kəndi ərazisində, Bakı -Astara dəmir yolunun 115 - ci kilometrində sürət qatarı Arifə Məmmədovanı vurub. Məmmədova aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]