...

Bakıda fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb

Hadisə Materials 6 Oktyabr 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonunda fəhlə 12 -ci mərtəbədən yıxılaraq ölüb.

Xətai rayon Prokurorluğundan bazar ertəsi Trend - a verilən məlumata görə, oktyabrın 5 -nə keçən gecə saat 23:00 radələrində General Şıxliniski küçəsi, 92/42 məhəllədə "Cənnət" MMC tərəfindən inşa edilən binada fəhlə işləyən, Naxçıvan Müxtar Respublikasının Şərur rayon sakini 37 yaşlı İntiqam İsmayılov binanın 12 - ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma (162.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti