...

Azərbaycanın cənubunda bir gündə iki intihar hadisəsi olub

Hadisə Materials 22 Oktyabr 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 22 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 270 km məsafədə) Lənkəranda bir gündə iki intihar hadisəsi qeydə alınıb.

Rayon prokurorluğundan bildirilib ki, intiharlardan biri Lənkəran şəhər polis şübəsinin həyətindəki ayaqyolunda baş verib. Rayonun Veravul kənd sakini Zahir Məmmədov özünü asıb.

Prokurorluqdan həmin şəxsin polis şöbəsində saxlanılan şəxs olmadığı bildirilib.

Lənkəranın Bürgəli kənd sakini Yadigar Zəkiyev isə, həyətindəki meyvə ağacından özünü asıb.

Hər iki faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti