...

Azərbaycan FHN Bakıda partlamış yaşayış binasının dağıntıları altından 8 nəfəri çıxarıb (video)

Hadisə Materials 13 Dekabr 2008 15:20 (UTC +04:00)
Azərbaycan FHN Bakıda partlamış yaşayış binasının dağıntıları altından 8 nəfəri çıxarıb (video)

Azərbaycan, Bakı, 13 dekabr/ Tren , müxbir S.Kazımlı/ Azərbaycan Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən, Bakıda yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından indiyə qədər 8 nəfər çıxarılıb, şənbə günü jurnalistlərə hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Onun sözlərinə görə, çıxarılan şəxslərdən ikisi həlak olub. Həlak olanların şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Nazir müavininin sözlərinə görə, binanın tamamilə sökülüb-sökülməyəcəyi barədə araşdırmalardan sonra qərar veriləcək.

Bir saat öncə Bakı şəhərinin prokuroru Əziz Seyidov Trend -a bildirmişdi ki, partlayış zamanı azı üç nəfər həlak olub.

"Xilasedicilər həlak olanlardan birinin cəsədini dağıntılar altından çıxarıblar, qalan iki nəfərin cəsədi hələ də dağıntılar altındadır. Onlardan biri qadındır", - Seyidov deyib.

Prokuror partlayış zamanı həlak olanların sayının artacağının mümkünlüyünü istisna etməyib. Onun verdiyi məlumata görə, üç nəfər yaralanıb.

Şənbə günü səhər Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir girişi tamamilə dağılıb.

"Partlayışın səbəbləri üzərində aparılan araşdırmalar əsas versiyanın qaz sızması olduğunu göstərir", - Seyidov bildirib.

Faktla bağlı Azərbaycan CM-nin tikinti işləri zamanı insanların həlak olmasına və digər ağır nəticələrə gətirmiş təhlükəsizlik qaydalarının pozulması maddəsi (222.2) üzrə cinayət işi qaldırılıb.

Prokuror hüquq-mühafizə orqanlarının hadisədə günahkar olanları həbs edəcəyini istisna etməyib.

"Dağıntılar altından altı nəfər, o cümlədən bir uşaq çıxarılıb", - Lənkəranda işgüzar səfərdə olan Azərbaycanın fövqəldadə hallar naziri Kəmaləddin Heydərov hadisənin ilk saatlarında Trend -a bildirib.

Partlayış barədə məlumat nazirliyə 8.23-də daxil olub. Nazir bildirib ki ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Bakıda yaşayış binasında partlayış zamanı yaralanan üç nəfərin adları açıqlanıb. "Bakı şəhərinin Musa Nağıyev adına təcili yardım xəstəxanasına körpücük sümüyünün sınığı və kəllə-beyin travması ilə 23 yaşlı Mahmudova Oksana Aleksandrovna və ayaq sınığı və kəllə-beyin travması ilə 22 yaşlı Kərimov Şirxan Ataş oğlu çatdırılıb", - növbətçi həkim Sabit Qurbanov Trend -a bildirib.

5 saylı xəstəxanaya ağır yanıqlarla 68 yaşlı Qurbanova Növrəstə gətirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti