...

Azərbaycanın Gəncə şəhərində qatil bacı - qardaş həbs olunublar

Hadisə Materials 27 Dekabr 2008 14:17 (UTC +04:00)

Azərbaycan, Gəncə, 27 dekabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr qərbdə)  noyabr ayında Qənirə Cavadovanı qətlə yetirmiş şəhər sakinləri Adil Əliyev və onun bacısı Gülgəz Əliyeva həbs olunublar, - şənbə günü Trend -a Gəncə şəhər Polis İdarəsi rəisinin köməkçisi Yaşar Əliyev bildirib.

Noyabrın 18-də Gəncə şəhər İnşaatçılar Texnikumunun yataqxanası yaxınlığındakı arxdan tapılan qadın meyidinin şəxsiyyəti müəyyən olunub. Aparılan əməliyyat təbirləri nəticəsində məlum olub ki, Xan arxından  Gəncə şəhər sakini 1956-cı il təvəllüdlü Qənirə Mövsüm qızı Cavadovanın meyidi tapılıb. O, oktyabrın 21-də Gəncə sakinləri 1980-ci il təvəllüdlü Adil Mansur oğlu Əliyev və bacısı Gülgəz Əliyeva tərəfindən boğularaq öldürülüb və arxa atılıb.

Dekabrın 26-da Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120 - ci) maddəsi ilə cinayət işi başlanılıb. Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, hər iki qatil  tutulub.

İsmayılovun sözlərinə görə, bacı-qardaşın Cavadovaya 500 dollar borcu olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti