...

Güclü külək Azərbaycanın cənub-qərbində enerji təchizatına ciddi ziyan vurub

Hadisə Materials 10 Yanvar 2009 11:54 (UTC +04:00)

Azərbaycan, Bərdə, 10 yanvar / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın cənub-qərbində yerləşən Bərdə rayonunda (paytaxt Bakıdan 330 kilometr aralı) güclü külək enerji təchizatına ciddi ziyan vurub və rayonun əksər ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb, şənbə günü Trend -a rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Rza Səmədov bildirib.

Yanvarın 9-u axşam saatlarından başlayaraq yanvarın 10-na keçən geceyə qədər Bərdədə qasırğa ilə müşayiət olunan güclü külək olub.

Səməmdov bildirib ki, güclü külək nəticəsində 50-dən çox elektrik dirəyi aşıb, 20 elektrik transformatoru qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, hazırda enerji təchizatına dəyən ziyanın aradan qaldırılması üçün təmir və bərpa işləri aparılır. Günün ikinci yarısına qədər rayona elektrik enerjisinin verilməsi tam bərpa ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti