...

Güclü külək Azərbaycanın cənub bölgəsində yaşayış evlərinə ciddi ziyan vurub

Hadisə Materials 10 Mart 2009 10:55 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 10 mart / Trend , müxbir P.Əliyeva /

Martın 10-na keçən gecə güclü külək və qasırğa Azərbaycanın cənub bölgəsində yerləşən rayonların elektrik təsərrüfatına, yaşayış obyektlərinə ciddi ziyan vurub.

Lerik rayon Föfqəlada Hallar Komissiyasının sədri Habil Məlikovun Trend -a bildirdiyinə görə, rayonun 161 məntəqəsinin heç birində indiyə qədər işıq yoxdur. Rayonda iki məktəb binası, qaz idarəsi və bir neçə digər inzibati bina və bəzi fərdi yaşayış evlərinin dam örtüklərinə ziyan dəyib. 70-dən artıq elektrik dirəyi aşıb, 7,3 km naqil sıradan cıxıb.

Məlikov problemlərin əsas səbəbini 60-cı illərdə çəkilmiş elektrik hava xətlərinin indiyədək əsaslı təmir edilməməsi ilə əlaqələndirib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən rayonun 40 faiz kənd və şəhər məntəqələrində işıq olmadığını bildiriblər. 10-a yaxın ağac elektrik xətlərinin üstünə aşaraq onları qırıb.

Lənkəran paytaxt Bakıdan 268 km cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti