...

Ermənilər azərbaycanlı kənd sakinini saxlayıblar

Hadisə Materials 3 İyun 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun  / Trend , müxbir C.Babayeva /

Erməni millətindən olan iki nəfər dünən Gədəbəy rayonundakı Ağdaş adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənovu saxlayıb, çərşənbə günü Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Həsənov  kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən iki erməni onu ov tüfəngi ilə hədələyərək qoyunlarla birgə Ermənistan istiqamətində aparıb. Sonradan onu buraxıblar, qoyunları isə aparıblar.

DİN faktla bağlı araşdırmalar aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti