Azərbaycan, Bakı, 27 iyul / Trend , muxbir A.Hüseynbala /
Azərbaycanın paytaxtında bu ilin 6 ayı ərzində ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinini sayı azalıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend -a bildiriblər ki, paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 11,8% azalıb. Bu il ölümlə nəticələnən 352 yol-nəqliyyat hadisəsi qeydə alınıb (ötən ilin müvafiq dövründə 399 hadisə olub).
Xəsarət alanların sayı 1736-dan 1534-dək (11,6%) azalıb.
Hesabat dövründə avtonəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 4762, sərnişindaşıma qaydalarına riayət etməyən 1988, sürət rejimini kobud surətdə pozan 9350 sürücü aşkar edilərək müvafiq tədbirlər görülüb.