...

Azərbaycanın Astara rayonunda torpaq sürüşməsi baş verib - FHN

Hadisə Materials 29 Aprel 2010 13:40 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Astara rayonunda torpaq sürüşməsi baş verib, - məlumatı cümə axşamı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.
Azərbaycanın Astara rayonunda torpaq sürüşməsi baş verib - FHN

Azərbayca, Bakı, 29 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın cənubunda yerləşən Astara rayonunda torpaq sürüşməsi baş verib, - məlumatı cümə axşamı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.

"Astara rayonunun Motalayataq kəndində torpaq sürüşməsinin baş verməsi və nəticədə sürüşmə zonasında olan bir fərdi evin zədələnməsi barədə məlumat daxil olub. Hadisə zamanı həmin evdə olan 6 nəfər təhlükəli hesab edilən ərazidən təxliyyə olunub. Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib", - məlumatda deyilir.

Astara paytaxt Bakıdan 300 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti