...

Bakıda köhnə dəyirman binası çöküb

Hadisə Materials 28 Avqust 2010 14:37 (UTC +04:00)
Bakının Xətai rayonunda yerləşən və son illər fəaliyyət göstərməyən dəyirman binası çöküb.
Bakıda köhnə dəyirman binası çöküb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Xətai rayonunda yerləşən və son illər fəaliyyət göstərməyən dəyirman binası çöküb.

Xətai rayon Polis İdarəsindən şənbə günü Trend-ə bildiriblər ki, Zığ şosesi yaxınlığında H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Birliyinin ərazisində yerləşən H.Z.Tağıyev adına dəyirman çöküb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gedərək xilasetmə tədbirlərinə başlayıblar.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.

Xəbər lenti

Xəbər lenti