...

Azərbaycanlı zəvvarın meyitinin İraqdan gətirilməsi üzrə iş aparılır – səfirlik (YENİLƏNİB-9)

Hadisə Materials 14 Oktyabr 2010 18:44 (UTC +04:00)
Azərbaycanın İraqda akkreditə olunmuş İordaniyadakı səfirliyi azərbaycanlı zəvvar İntiqam Rüstəmovun meyitinin Vətənə gətirilməsi üzrə işlərə başlayıb. Bu barədə Trend-ə Əmmandakı səfirlikdən bildiriblər.
Azərbaycanlı zəvvarın meyitinin İraqdan gətirilməsi üzrə iş aparılır – səfirlik (YENİLƏNİB-9)

RED. əlav.: hadisə haqqında məlumat yenilənib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın İraqda akkreditə olunmuş İordaniyadakı səfirliyi azərbaycanlı zəvvar İntiqam Rüstəmovun meyitinin Vətənə gətirilməsi üzrə işlərə başlayıb. Bu barədə Trend-ə Əmmandakı səfirlikdən bildiriblər.

Rüstəmov azərbaycanlı zəvvarların olduğu "Hyundai" markalı avtobusun oktyabrın 13-də səhər saatlarında İraqın Diyalə əyalətində partlaması nəticəsində həlak olub.

Üç yaralı zəvvar - Abdullayev Elçin Tahir oğlu, Abdullayev Elçin Vahid oğlu və Aslanov Elvin İlqar oğlu xəstəxanadadırlar, onların vəziyyəti sabitdir.

Həlak olan zəvvarın meyiti və yaralıların gətirilməsi üçün Azərbaycan səfirliyi Kərbəlaya zəvvarlığa yola düşən avtobusun digər sərnişinlərinin pasportlarını gözləyir.

Azərbaycanlı zəvvarın həlak olması barədə məlumatı İraq Səhiyyə və Daxili İşlər nazirliklərində təsdiq ediblər. Bu barədə bundan əvvəl səfirlikdən məlumat veriblər.

Bundan əvvəl İntiqamın adı xəsarət alanlar siyahısında çəkilib.

Bütün zəvvarlar İraqın Bakıdakı səfirliyindən viza alıblar.

Bu, İraqda azərbaycanlı zəvvarlarla bağlı baş verən ilk faciəvi hadisə deyil. Yanvarda azərbaycanlı zəvvarları aparan avtobus İraqın Kərbəla şəhərinin yaxınlığında atəşə tutulmuşdu. Nəticədə 16 yaşlı qız həlak olmuş və daha üç nəfər xəsarət almışdı.

Martda Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi saytında Azərbaycan vətəndaşlarını İraqın Mosul, Nəcəf, Kərbəla şəhərlərində yerləşən müqəddəs yerləri ziyarət etməklə bağlı xəbərdarlıq etmişdi.

Xəbər lenti

Xəbər lenti