...

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının meyitləri Vətənə sabah gətiriləcək - konsul (YENİLƏNİB-14)

Hadisə Materials 24 Noyabr 2010 20:28 (UTC +04:00)
Türkiyədə yol qəzası nəticəsində yaralanan Azərbaycan zəvvarlarından on altısının müalicəsi başa çatıb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.
Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının meyitləri Vətənə sabah gətiriləcək - konsul (YENİLƏNİB-14)

RED. əlav.: səfirliyin yaralıların vəziyyəti barədə məlumatı əlavə olunub

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir S.Ağayeva/

Türkiyədə yol qəzası nəticəsində yaralanan Azərbaycan zəvvarlarından on altısının müalicəsi başa çatıb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.

"Hazırda qəzaya düşən zəvvarların həyatı üçün təhlükə yoxdur", - Trend-ə səfirliyin mətbuat katibi Elsevər Salmanov deyib.

Türkiyədə baş verən yol qəzasında həlak olan Azərbaycan zəvvarlarının meyitləri və yaralılar Vətənə cümə axşamı çatdırılacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Türkiyədəki konsulu Şöhrət Mustafayev deyib.

"Yeddi ağır yaralanmış Azərbaycan zəvvarından ikisinin vəziyyəti hazırda normallaşıb", - Mustafayev yol qəzası barədə məlumat alan kimi konsulun və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının göndərildiyi Sivasdan telefonla bildirib. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də hadisə yerindədir.

Türkiyənin Sivas əyalətinin Şarkışla əyalətində çərşənbə axşamı saat 17:50 radələrində Azərbaycan zəvvarlarını daşıyan avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, 27 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

90-DS-393 dövlət nömrə nişanlı avtobusda cəmi 34 sərnişin olub.

Bir müddət əvvəl Dadaşova Trend-ə Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan zəvvarlarının adlarını açıqlayıb:

Əhmədov Səməd Nadir oğlu (1982-ci iltəvəllüdlü)

Əlicanova Hacıxanım Əliağa qızı (1944-cü il)

Baxşəliyeva Solmaz Abuzər qızı (1941-ci il)

Dadaşova Zemfira Qəmbər qızı (1965-ci il) və

Kərimov Məhərrəm Balababa oğlu (1938-ci il).

Azərbaycan diplomatları yaralılara baş çəkiblər, onların Azərbaycana göndərilmələri məsələsi ilə məşğul olurlar.

Konsulun sözlərinə görə, yaralılar 22 nəfərdir. Onlar Trükiyə xəstəxanalarında yerləşdiriliblər.

Türkiyədəki polis mənbələrindən əldə edilən məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün döngələrin birində idarəetməni itirməsi olub. Nəticədə avtobus su arxına düşüb. Qəza yerinə təcili yardım, polis, jandarm və mülki müdafiə maşınları göndərilib. Zərərçəkənlərin təxliyyəsi üzrə işlərdə yerli sakinlər də iştirak edib.

Sivas Dövlət Xəstəxanasından Trend-ə bildirilib ki, hazırda xəstəxanaya xəsarət alanlardan beş nəfər yerləşdirilib. Onların birinin qolu qırılıb, digərləri isə yüngül xəsarətlər alıblar. Xəstəxanadan daha əvvəl Trend-ə bildirilmişdi ki, xəsarət alanlar İnqilab Həsənov (74 yaş), Müqəddəs Əsgərov (56 yaş), Hadi İsgəndərov (43 yaş) və Şirin Qasımovdur (60 yaş).

Nümunə Xəstəxanasına dörd yaralı zəvvar yerləşdirilib. Onlar Kəmalə Muradova (32 yaş), Ahidə Qardaşxan, Yaqub Nübrəzadə (55 yaş), Xeyransa İsmayılovadır (51 yaş).

Sivas Cümhuriyyət Universiteti Xəstəxanasına bir ölü və on nəfər yaralı daxil olub. Xəsarət alanlar Arzu İsmayılova (49 yaş), Mirzə Baba (57 yaş), Elnarə Nəcəfzadə (38 yaş), Emin Ağayev (31 yaş), Həbib Axundov (19 yaş), Məhləb Sarıyev (37 yaş), Məlahət Əsgərova, Nazilə İsrafilova (51 yaş), Səbixan Məmmədov (58 yaş) və Simzar Ələkbərovadır.

CNN Türk telekanalının məlumatına görə, Sivas əyalətinin xəstəxanalarına aşağıdakı yaralılar da gətirilib: Kifayət Əhmədova (43 yaş), Toğrul Qədirov (27 yaş), İsmət Kərimov (31 yaş), Kamil Axundov (44 yaş), İbiş Əliyev (55 yaş), İlqar Muradov (30 yaş), Mehdi Xudaverdi (31 yaş), Məhəmməd Məzətli (48 yaş) və sürücü Asif Babayev (45 yaş).

Bu il ölən azərbaycanlı zəvvarların sayı olduqca çox olub. Bazar ertəsi Məkkədən qayıdan Şamaxı rayonunun axundu Mustafa Məmişov Bakıdan Şamaxıya gedərkən qəzaya uğrayıb və aldığı xəsarətdən ölüb. Həccə gedənlərdən 75 yaşlı Duha Məmmədova Məkkədə, 71 yaşlı Xanbala Atakişiyev Suriyanın Şam şəhərində, 68 yaşlı Mafi Nəzərov Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib.

Builki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib.

Xəbər lenti

Xəbər lenti