...

Narkomaniya və vərəmdən əziyyət çəkən məhkum xəstəxanada ölüb

Hadisə Materials 7 Mart 2011 10:39 (UTC +04:00)
Azərbaycanda məhkumların müalicə müəssisəsində bir nəfər ölüb.
Narkomaniya və vərəmdən əziyyət çəkən məhkum xəstəxanada ölüb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məhkumların müalicə müəssisəsində bir nəfər ölüb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin cərrahiyyə şöbəsində müalicə olunan Elman Əliyev dünyasını dəyişib.

Prokurorluqdan bildirilib ki, Əliyev narkomaniyadan və vərəm xəstəliyindən əziyyət çəkirdi. Məhkumun arterial qan damarı partladığından fevralın 28-də xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Lakin məhkum ötən gün müəssisənin cərrahiyyə şöbəsində dünyasını dəyişib.

Əliyev Cinayət Məcəlləsinin 234.3-cü maddəsi (narkotik vasitələrinin qanunsuz hazırlanması, emalı, daşınması və satışı) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti