...

Nərimanov rayonundakı restoranda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 30 May 2011 12:04 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında yanğın baş verib. Bu barədə bazar ertəsi Trend-ə Nərimanov rayon Yanğın Təhlükəsizliyi İdarəsindən məlumat verilib.
Nərimanov rayonundakı restoranda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Yanğının söndürülməsi ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 11:50-də yayılıb)

Azərbaycan, Bakı, 30 may /Trend/

Bakının Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında yanğın baş verib. Bu barədə bazar ertəsi Trend-ə Nərimanov rayon Yanğın Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

İdarənin məlumatına görə, yanğın restoranın çardağında 300 kvadrat metr ərazidə baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə çalışırlar.

Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Nərimanov rayon Yanğın Təhlükəsizliyi İdarəsinin hadisə yerində olan əməkdaşının Trend-ə verdiyi məlumata görə, yanğın artıq söndürülüb.

Xəbər lenti

Xəbər lenti