...

Qobustanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Hadisə Materials 25 İyul 2011 15:47 (UTC +04:00)
Xilasedicilər tərəfindən həmin şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Qobustanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qobustanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Qobustan rayonu, Çalov kəndində (rayon mərkəzindən 3 km aralı) "Mitsubishi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq qəzaya uğrayıb.

Hadisə zamanı həmin avtomobildə olan 4 nəfər yaralanıb.

Xilasedicilər tərəfindən həmin şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti