...

Saatlı polisi mal-qara oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb

Hadisə Materials 1 Avqust 2011 14:30 (UTC +04:00)
Saatlı polisi mal-qara oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saatlı polisi mal-qara oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Saatlı polisi mal-qara oğurluğunda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə bazar ertəsi Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Seyidana Ağayevaya məxsus 1 baş dananı və 11 baş qoyunu, Elşən Zeynalova məxsus 15 baş qoyunu oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Əbülfəz Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti