...

"Neft Daşları"nda ARDNŞ-nin əməkdaşı vəfat edib

Hadisə Materials 10 Avqust 2011 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend/

ARDNŞ-nin "Neft Daşları"nda avqustun 10-da işçi vəfat edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, NQÇİ-nin Quyuların əsaslı yeraltı təmiri sexinin qazmaçı köməkçisi Teymur İspəndiyar oğlu Süleymanov saat 08:00-da "General Əsədov" sərnişin gəmisi vasitəsilə sahildən "Neft Daşları"na iş növbəsinə yola düşüb.

Gəmi "Neft Daşları"na çatdıqdan sonra Süleymanov gəmidən düşüb yataqxanaya gedərkən yolda halı pisləşib və saat 14:00 radələrində yerə yıxılaraq vəfat edib. Hadisə yerinə gələn həkimlərin ilkin qənaətinə görə, mərhum ürək tutmasından dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti