...

Ukraynada Azərbaycan vətəndaşı skuterdə "ZİL"in altına düşərək həlak olub

Hadisə Materials 16 Avqust 2011 11:32 (UTC +04:00)
Jitomirdə Azərbaycan vətəndaşı skuterdə ZİL-in altına düşərək həlak olub
Ukraynada Azərbaycan vətəndaşı skuterdə "ZİL"in altına düşərək həlak olub

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Ukraynanın şimalında yerləşən Jitomir şəhərində 35 yaşlı Azərbaycan vətəndaşı skuterlə yolayrıcına çıxaraq yaşıl işıqda yoldan keçən "ZİL" markalı yük avtomobili ilə toqquşub.

Trend-in Ukrayna KİV-nə istinadən yaydığı məlumata görə, Jitomir vilayəti Dövlət Avtomobil Müfəttikşliyi İdarəsinin mətbuat xidmətinin əməkdaşı Nikolay Yatskeviç bildirib ki, Jitomirdə Şərqi Kiyev yolayrıcında baş verən qəzada Azərbaycan vətəndaşı həlak olub.

Skuterin sürücüsü olan və Jitomirdə müvəqqəti yaşayan Azərbaycan vətəndaşı "ZİL" avtomobili ilə toqquşub. Yük avtomobilinin sükanı arxasında 39 yaşlı Jitomir sakini olub", - Yatskeviç qeyd edib.

Onun sözlərinə görə, yük maşını yolayrıcından yaşıl işıqda hərəkət edirmiş.

"Qəza nəticəsində skuterin sürücüsü yerindəcə həlak olub", - DAM işçisi əlavə edib.

Xatırladaq ki, 2010-cu il sentyabrın 30-da Krımda Krasnoperekopsk-Simferopol avtomobil yolunda içərisində səkkiz Azərbaycan vətəndaşının olduğu "Mercedes Sprinter" mikroavtobusu aşmışdı.

Xəbər lenti

Xəbər lenti