...

Bakıda yük avtomobilləri toqquşub, bir nəfər ölüb

Hadisə Materials 12 Sentyabr 2011 14:35 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda "Qazel" və "Kamaz" markalı iki yük avtomobili toqquşub.
Bakıda yük avtomobilləri toqquşub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yük avtomobilləri toqquşub, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda "Qazel" və "Kamaz" markalı iki yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, "Qazel" markalı avtomobilin sürücüsü - 1986-cı il təvəllüdlü İmanov Samir Abbasəli oğlu həlak olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış İmanovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti