Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda Gürcüstan vətəndaşını maşın vurub.
Trend-in Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də saat 00:55 radələrində paytaxtın Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Gürcüstan vətəndaşı Tahir Həsənov vurulub.
Xəsarət almış Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.