...

Türkiyədə PKK-nın 15 üzvü yaxalanıb

Hadisə Materials 27 Sentyabr 2011 14:23 (UTC +04:00)
Türkiyə təhlükəsizlik qüvvələri çərşənbə axşamı səhər terrorçu Kürd Fəhlə Partiyasının (PKK) bir qrup üzvünün yaxalanması üçün xüsusi əməliyyat keçirib.
Türkiyədə PKK-nın 15 üzvü yaxalanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə təhlükəsizlik qüvvələri çərşənbə axşamı səhər terrorçu Kürd Fəhlə Partiyasının (PKK) bir qrup üzvünün yaxalanması üçün xüsusi əməliyyat keçirib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Sabah" qəzeti yazır.

Yaxalanan 15 üzv PKK-ya dəstək üçün etiraz aksiyası keçirməyi planlaşdırmaqda şübhəli bilinir.

PKK ötən həftə Ankarada dövlət idarələrinin yaxınlığında baş vermiş və 3 nəfərin ölümü, 34 nəfərin yaralanmasına səbəb olmuş partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Avqustun 17-dən bəri Türkiyə aviasiyası PKK baza və yaraqlılarının məhv edilməsi üçün 58 hava reydi keçirib və 152 hədəf vurulub.

Avqust ayı ərzində təxminən 300 terrorçu məhv edilib.

Xəbər lenti

Xəbər lenti