...

Terrorçu partlayışın yeganə qurbanı olub - Antalya administrasiyası

Hadisə Materials 30 Sentyabr 2011 20:23 (UTC +04:00)
Cümə günü Antalyanın Kəmər qəsəbəsində jandarm postu yaxınlığında özünü partlatmaqla terror hadisəsi törədən terrorçunun özündən başqa heç kim həlak olmayıb.
Terrorçu partlayışın yeganə qurbanı olub - Antalya administrasiyası

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Cümə günü Antalyanın Kəmər qəsəbəsində jandarm postu yaxınlığında özünü partlatmaqla terror hadisəsi törədən terrorçunun özündən başqa heç kim həlak olmayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Antalya administrasiyasından deyilib.

"Terrorçu həlak olub, ondan başqa heç kəs xəsarət almayıb", - administrasiyadan bildirilib.

Bundan əvvəl KİV xəbər verib ki, partlayış nəticəsində 3 nəfər həlak olub. Terrorçu qurşağına bağladığı partlayıcı qurğunu işə salıb. NTV və CNN Türk telekanallarının verdiyi məlumata görə, hadisə yerli vaxtla 16:00 radələrində Antalyanın 40 kilometrliyində yerləşən Göynük kəndində baş verib. Partlayış nəticəsində jandarm postu havaya uçub, post ətrafında saxlanılmış avtomaşınlara ciddi xəsarət dəyib.

Kəmər Antalyada rus turistlərin ən çox səfər etdiyi yerlərdəndir.

Xəbər lenti

Xəbər lenti