Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda internet klubdan oğurluq edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 25-də Nizami küçəsində yerləşən, Bakı şəhər sakini Germi Soltaniyə məxsus internet klubdan açar seçmə yolu ilə 18 manat və 2130 manat dəyərində kompyuter avdanlıqları oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Emil Vəliəhmədov oktyabrın 7-də tutulub.
Bakıda internet klubdan oğurluq edən şəxs tutulub
Bakıda internet klubdan oğurluq edən şəxs tutulub.