Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Şəmkirdə 2 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 22:00 radələrində Şəmkirdən Kür qəsəbəsinə gedən yolun 5-ci km-də Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Nəcəfov Anar Nizami oğlu idarə etdiyi "Hyundai - Santa Fe" markalı, 57-BR-543 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən döngədə sürət həddini düzgün seçmədiyi üçün yolun sağ kənarına çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və həmyerliləri, 1988-ci il təvəllüdlü sərnişin Hüseynov Məhərrəm Rauf oğlu hadisə yerində ölüb, digər sərnişin 1990-cı il təvəllüdlü Nəcəfov Elçin Oruc oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Şəmkirdə ağır yol qəzası olub, ölənlər və yaralanan var
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 22:00 radələrində Şəmkirdən Kür qəsəbəsinə gedən yolun 5-ci km-də Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü Nəcəfov Anar Nizami oğlu idarə etdiyi “Hyundai - Santa Fe” markalı, 57-BR-543 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən döngədə sürət həddini düzgün seçmədiyi üçün yolun sağ kənarına çıxaraq aşıb.
