...

Azərbaycan FHN-nin xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 5 nəfəri salamat çıxarıblar

Hadisə Materials 25 Oktyabr 2011 00:08 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 6 nəfərin meyitini, 5 nəfəri isə salamat çıxarıblar.
Azərbaycan FHN-nin xilasediciləri indiyə qədər Vanda dağıntılar altından 5 nəfəri salamat çıxarıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri indiyə qədər Van vilayətində apardıqları axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 6 nəfərin meyitini, 5 nəfəri isə salamat çıxarıblar.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri nəticəsində axşam saatlarında dağıntılar altından 14 yaşlı gənc oğlan xilas edilərək valideynlərinə təhvil verilib və daha bir 17 yaşında oglan isə xilas edilərək xəstəxanaya göndərilib. Bu gün axşam saatlarında, həmçinin dağıntılar altından 29 yaşlı gənc oğlanı xilas ediblər və daha bir 25-30 yaşlarında kişi cəsədini çıxarıblar.

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkr, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Vanda isə rəsmi olaraq 265 nəfərin öldüyü təsdiqlənib, 1000-dən artıq yaralı var. Ölənlərin sayının 1000-ə çatacağə söylənilir.

Xəbər lenti

Xəbər lenti