...

İranda dövlət məmurları arasında silahlı insident baş verib

Hadisə Materials 19 Noyabr 2011 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/

İranda dövlət məmurları arasında silahlı insident baş verib.

Dünən axşam saatlarında İranın Sənaye, Mədənlər və Ticarət Nazirliyinin Tehran əyaləti üzrə ticarət, mədənlər və sənayə təşkilatnın rəhbəri Yədullah Sadiqiyə sui-qəsd olunub. Bu barədə şənbə günü Trend İranın "Şərq" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına əsasən, təşkilat rəhbəri Yədullah Sadiqi müavinini işdən uzaqlaşdırdığı üçün onun tərəfindən güllələnib.

Belə ki, ötən gün rəis və müavin arasında insident yaranıb və müavin silah çəkərək öz rəisini vurub. Şahidlərin sözlərinə görə, güllə Yədullah Sadiqinin çənəsinə dəyib. O hazırda xəstəxanadadır və vəziyyəti qənaətbəşxdir.

Xəbər lenti

Xəbər lenti