...

Bakıda dünən baş vermiş yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 2 Dekabr 2011 11:16 (UTC +04:00)
Bakıda dünən baş vermiş yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Bakıda dünən baş vermiş yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda dünən baş vermiş yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 1-də saat 21:00 radələrində Qala - Pirallahı yolunda Bakı şəhər sakini Telman Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Abşeron rayon sakini Əliağa Mərdanovun idarə etdiyi "Kamaz" markalı yük maşını toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Əliyev hadisə yerində ölüb, yaralanmış sərnişinləri - qızı Günel və Zərifə Novruzova 3 saylı xəstəxanaya aparılıblar.

Saat 17:00 radələrində Ramana qəsəbəsində Bakı şəhər sakini Ceyhun Fətəliyevin idarə etdiyi "Otoyol" markalı sərnişin avtobusu ilə Cədəbəy rayon sakini Turan Nəbiyevin idarə etdiyi "QAZ-3110" markalı avtomobil toqquşub.

Nəticədə Nəbiyev hadisə yerində ölüb.

Saat 23:30 radələrində Qara Qarayev prospektində Bakı şəhər sakini Mənsur Babayevin idarə etdiyi "VAZ-2107" markalı və Şabran rayon sakini Nuru Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2107" markalı avtomobilin sürücüsü Babayev ölüb, sərnişinləri - həyat yoldaşı Elza Şirvan qızı və oğlu Elgün Kliniki Tibbi Mərkəzdə yardım alaraq evə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti