...

İranda məhbusları daşıyan avtomobilə hücum edilib

Hadisə Materials 14 Dekabr 2011 12:47 (UTC +04:00)
İranın Kərəc şəhərində məhbusları daşıyan avtomobilə silahlı hücum edilib. Hücum zamanı məhbusların mühafizəçilərindən biri ölüb.
İranda məhbusları daşıyan avtomobilə hücum edilib

Azərbaycan, Bakı, 14 dekabr / Trend müxbir T.Cəfərov/

İranın Kərəc şəhərində məhbusları daşıyan avtomobilə silahlı hücum edilib. Hücum zamanı məhbusların mühafizəçilərindən biri ölüb. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, dünən üç nəfər silahlı şəxs Kərəc şəhərinin Məhəmmədşəhr məhəlləsində körpünün altında şəhərin müvəqqəti saxlanma təcridxanasından 10 məhbusu məhkəməyə aparan avtomobilə hücum edib və məhbusları qaçırmağa cəhd göstərib. Mühafizəçilər və silahlı şəxslər arasında atışma baş verib. Hadisə zamanı bir mühafizəçi həlak olub, silahlı şəxslər məhbusları qaçıra bilməyərək hadisə yerindən uzaqlaşıblar.

Hazırda həmin silahlı şəxslərin tutulması istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti