Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir K.Zərbalıyeva/
Ötən gecə Bakının Nizami rayonu ərazisində iki azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Babək prospektində "Qaz 31105" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı reklam lövhəsinə dəyib.
Nəticədə maşındakı iki azyaşlı - 12 yaşlı Tacir Paşayev və 16 yaşlı Zahirə Paşayeva xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdiriliblər.
Qəzanın avtomobilin yüksək sürətlə idarəolunması səbəbindən baş verdiyi bildirilir.